“Nübel ən yaxşı almaniyalı qapıçılardan biridir”
“Bayern”in idman direktoru Maks Eberl qapıçı Aleksandr Nübellə müqavilənin uzadılmasından danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qolkiperlə yeni müqavilə imzaladıqlarına görə şad olduğunu deyib:
“Biz çox şadıq ki, Nübellə əməkdaşlığın uzunmüddətli uzadılması barədə razılığa gəldik. O, son illərdə yaxşı inkişaf edib və ən yaxşı almaniyalı qapıçılardan biridir.
“Ştutqart”da Nübel oyun praktikası qazanmağa və yüksək səviyyəni qorumağa davam edəcək. Manuel Noyer, Sven Ulrayx, Daniel Peretz və Aleksandr Nübellə “Bayern” qapıçı mövqeyində yaxşı təchiz olunub. Bu, həm indi, həm də gələcək üçün yaxşıdır”.
27 yaşlı qolkiperlə 2029-cu ilin yayına kimi olan müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin