NTD yenidən çempionatın vahid lideri oldu

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 25-ci turunun növbəti oyunu baş tutub.

Komanda.az xəbər verir ki, “AAAF Xırdalan” çempionatın lideri NTD ilə üz-üzə gəlib.

Oyuna üstün başlayan NTD komandası gərgin oyunun sonunda rəqibi üzərində 102:95 hesablı qələbə qazanaraq, çempionatın vahid liderliyinə yüksəlib.

Ən məhsuldar basketbolçular “AAAF Xırdalan”da Devin Pullum (29 xal, 10 asist), NTD-dən isə Brayson Robinson (34 xal, 11 ribaund) olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button