
NTD 2 basketbolçu transfer edib
NTD iki basketbolçunun transferini reallaşdırıb.
Bakı klubunun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, amerikalı Detrek Brauninq və Tayri Boykinlə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
29 yaşlı Brauninq son olaraq Polşa liqasında oynayan “Zastal” klubunun şərəfini qoruyub. 26-yaşlı Boykinin isə Gürcüstan təmsilçisi TSU-da çıxış edib.
Klub bu gün Kvinton Kempbell ilə də müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin