Noyerlə yeni müqavilə imzalana bilər
“Bayern”in qapıçısı Manuel Noyer növbəti dəfə klubu ilə yeni müqavilə imzalaya bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya millisindən ayrılması 38 yaşlı qolkiperin klub karyerasını uzada bilər.
Münhen klubunun kapitanı ötən ilin sonunda müqaviləsini uzadıb. Belə ki, onun hazırkı sözləşməsi cari mövsümün sonuna qədər qüvvədədir. Noyerin 2024/25 mövsümü bitdikdən sonra “Bayern”də oynamağa davam etməsi mümkündür. Lakin hazırda müqavilə üzrə danışıqlar aparılmır, bu məsələ gələn il həll olunacaq.
Noyer 2011-ci ildən “Bayern”in şərəfini qoruyur. O, Bundesliqa nəhənginin heyətində 522 oyun keçirib, 427 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin