Noyerin “Bayern”lə bağlayacağı yeni müqavilənin detalları məlum olub

“Bayern”in qapıçısı Manuel Noyer klubu ilə müqaviləsini uzatmağa hazırlaşır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçunun hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq.

Münhen klubu veteran futbolçu ilə müqavilənin uzadılması məsələsini sadəcə formallıq hesab edir – onlar sözləşməni ya ilin sonuna qədər, ya da qış fasiləsində bağlamağı planlaşdırırlar.

Noyer cari müqavilədə olduğu kimi, bonuslar da daxil olmaqla, ildə təxminən 20 milyon avro qazanacaq, lakin baza maaşı azalacaq. Onun gəliri daha çox performansından asılı olacaq. Bu kimi sxemlər “Bayern”də klub əfsanələri üçün standart təcrübədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button