“Qapıçı dəyişikliyinə görə oyunumuzda heç bir yenilik etməyəcəyik”
“Bayern”in baş məşqçisi Vensan Kompani qapıçı Manuel Noyerin zədəsi haqda danışıb.
Komanda.az Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, belçikalı mütəxəssis Noyerin yanvarda meydana qayıtmasını səbirsizliklə gözlədiklərini bildirib:
“Noyerin qabırğası sınıb və yəqin ki, bu il oynamayacaq. Yanvarda onun meydana qayıtmasını səbirsizliklə gözləyirik.
Daniel Peres? Heç vaxt heç bir oyunçuya deməzdim ki, kimisə kopyala, Daniel öz futbolunu oynamalıdır, o, oyun vaxtına layiqdir. Təbii ki, Noyerin sıralarda olmasını istərdik, amma heç nə etmək mümkün deyil. Qapıçı dəyişikliyinə görə oyunumuzda heç bir yenilik etməyəcəyik”.
Noyer Leverkuzen “Bayer”i ilə kubok matçında (0:1) zədələnib. O, Ceremi Frimponqla toqquşmadan sonra karyersında ilk dəfə qırmızı vərəqə alaraq meydandan qovulub.
Bizi Facebook-da izləyin