“Noyerin millidə karyerasını başa vurması düzgün qərardır”

“Bayern”in direktorlar şurasının üzvü Karl-Haynts Rummenigge Manuel Noyerin Almaniya millisindən ayrılmasını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi Noyeri bütün zamanların ən böyük almaniyalı qapıçısı adlandırıb:

“Noyer Almaniya millisindəki parlaq karyerası sayəsində artıq tarixə düşüb. Məncə, o, bütün zamanların ən böyük alman qapıçısıdır. O, qapıçıların oyununu dəyişdi, onu yeni səviyyəyə qaldırdı, yeni standartlar qoydu. Onu bütün dünyada qapıçılar təqlid edirdilər.

2011-ci ildə Manuelin “Bayern”ə keçidi bu komandanın tarixindəki ən yaxşı transferlərdən biridir. Vəziyyətə Noyerin öz nöqteyi-nəzərindən baxsaz, onun millidə karyerasını başa vurması düzgün qərardır. İndi o, diqqətini “Bayern”ə yönəldə biləcək və yeni mövsümün əvvəlkindən daha uğurlu olması üçün hər şeyi edəcək”.

Noyer Almaniya millisində 14 il oynadıqdan sonra yığma karyerasını bitirmək qərarına gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button