39 yaşlı Noyer yenidən millidə oynaya bilər

“Bayern”in qapıçısı Manuel Noyerin Almaniya millisində yenidən çıxış etməsi ehtimalı hələ də gündəmdədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya Futbol İttifaqının bəzi nümayəndələri baş məşqçi Yulian Naqelsmannı 39 yaşlı qolkiperin namizədliyini 2026-cı il dünya çempionatı ərəfəsində nəzərdən keçirməyə çağırırlar.

Noyerin milli komandaya dönüşü iki halda mümkündür: Mark-Andre ter Ştegen nə “Barselona”da, nə də başqa bir klubda kifayət qədər oyun praktikasına sahib olmazsa və Naqelsmann şəxsən onun geri dönməsini dəstəkləyib, milliyə qayıtmağa inandırsa.

Noyer gələn ilin martında 40 yaşını qeyd edəcək.

2026-cı il dünya çempionatı iyun–iyul aylarında ABŞ, Kanada və Meksika stadionlarında keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button