Noyer “Bavariya” ilə danışıqları dayandırdı

“Bavariya”nın qapıçısı Manuel Noyer komandadakı gələcəyi ilə bağlı qərarını verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı qolkiper Münhen klubu ilə müqaviləsinin müddətini uzatmaq istəsə də, danışıqları təxirə salıb. Buna səbəb qolkiperin növbəti mövsüm üçün baş məşqçi məsələsinin dəqiqləşməsini istəməsidir. Almaniyalı qapıçının komandanın hazırkı çalışdırıcısı Hansi Flikin məşqçiliyini yüksək qiymətləndirdiyi bildirilir.

Münhen klubu Niko Kovaçın istefaya göndərilməsindən sonra Fliklə mövsümün sonuna qədər müqavilə bağlayıb.

Noyerin “Bavariya”yla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button