Noyer yeni müqavilə istəyir

“Bayern”in qapıçısı Manuel Noyer karyerasını davam etdirmək niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

39 yaşlı qolkiperin Münhen təmsilçisi ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq. Buna baxmayaraq, Noyer yeni sözləşmə imzalayaraq, çıxışını sürdürə bilər.

Almaniyalı qapıçı 2011-ci ildən “Bayern”in formasını geyinir. O, cari mövsümdə bütün turnirlərdə 8 matça çıxıb və 3 oyunda qapısını toxunulmaz saxlayıb.

“Bayern” hazırda 5 turdan sonra Bundesliqada liderdir və hesabında 15 xal var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button