Naqelsmann: “Noyer üçün darıxacağıq”

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann qapıçı Manuel Noyerin yığma karyerasını bitirmək qərarına münasibət bildirib.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Noyer üçün darıxacaqlarını söyləyib:

“Mən Manuelin qərarını və motivasiyasını başa düşsəm də, onun gedişi həm idman, həm də şəxsi müstəvidə böyük itkidir. Noyer futbol tarixində yeni qapıçı üslubunu formalaşdırdı. Onun məharəti bizim necə futbol oynamaq istədiyimiz ideyasının formalaşmasında həlledici amil idi. Manuel böyük idmançı və böyük oğlan olaraq qalır. Onunla tez-tez danışırdım və şadam ki, gələcəkdə də bunu davam etdirə biləcəm. Milli komandada onun üçün darıxacağıq”.

Manuel Noyer Almaniya millisindən ayrıldığını avqustun 21-də açıqlamışdı. Bundan əvvəl onun 2026-cı il dünya çempionatına qədər Almaniya millisində qalmaq niyyətində olduğu barədə məlumatlar yayılmışdı.

38 yaşlı qolkiper Almaniya millisində 2009-cu ildə debüt edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button