
Noyer: “PSJ ilə oyunu səbirsizliklə gözləyirik”
“Bayern”in qapıçısı Manuel Noyer Klublararası dünya çempionatının 1/4 final mərhələsində PSJ ilə qarşılaşma öncəsi fikirlərini bölüşüb.
Komanda.az FİFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı qolkiper qarşıdakı görüşü səbirsizliklə gözlədiklərini bildirib:
“PSJ UEFA Çempionlar Liqasının hazırkı qalibidir. Bu oyunu səbirsizliklə gözləyirik. Qələbə qazanmaq üçün maksimum səylə oynayacağıq. Rəqibin heyətində çox yaxşı futbolçular var, ancaq biz onlarla yaxşı tanışıq”.
“Bayern”lə PSJ arasındakı qarşılaşma iyulun 5-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin