“Hər şey yaxşı olacaq” – Noyer
“Bayern”in qapıçısı Manuel Noyer klubla müqavilənin uzadılması üçün aparılan danışıqlar haqda açıqlama verib.
Komanda.az DAZN-a istinadən xəbər verir ki, alman qolkiper danışıqların yaxşı getdiyini söyləyib:
“Yeni müqaviləmlə bağlı danışıqlar çox yaxşı gedir. Çox vaxtımız var. Hər şey yaxşı olacaq”.
Noyerin klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. O, 2011-ci ildən “Bayern”də çıxış edir.
Noyer cari mövsümdə “Bayern”in heyətində bütün turnirlərdə 38 oyun keçirib, 36 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin