“Noyer mövzusunda heç bir müzakirənin başlamasına icazə verməyəcəm” – Naqelsmann
Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann komandanın qapıçısı Manuel Noyerin Yunanıstanla yoldaşlıq görüşündə (2:1) çıxışına münasibət bildirib.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis oyundakı səhvindən sonra futbolçuya dəstək olaraq, hər şeyin qaydasında olduğunu deyib:
“Mən Noyer mövzusunda heç bir müzakirənin başlamasına icazə verməyəcəm, hətta kimsə buna cəhd etsə belə. Səhvdən sonra onun günahkar olduğunu söyləmək asandır. O, üç yaxşı seyv etdi, hər şey qaydasındadır”.
Yunanıstan millisinin yarımmüdafiəçisi Georgios Masouras görüşün 34-cü dəqiqədə almanların qapısına qol vurub.
Almaniya millisi AÇ-2024-ün qrup mərhələsində Şotlandiya, Macarıstan və İsveçrə ilə qarşılaşacaq.
Bizi Facebook-da izləyin