“Kompani qışqırmadı, söyüş söymədi, sadəcə…”

“Bayern”in qapıçısı Manuel Noyer Dortmund “Borussiya”sı ilə matçın (1:1) fasiləsində baş məşqçi Vensan Kompaninin davranışından danışıb.

Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu Kompaninin sadəcə təhlil etdiyini bildirib:

“O, diqqətini cəmlədi və nəyi yaxşılaşdırmalı olduğumuzu izah etdi. Kompani qışqırmadı, söyüş söymədi, sadəcə təhlil etdi”.

Təkcə matçdan sonra deyil, həm də görüş zamanı dərin analitika aparan Kompaninin fasilə zamanı davranışı futbolçuların xoşuna gəlir.

“Bayern” Almaniya çempionatının turnir cədvəlində ən yaxın izləyicisini 4 xal qabaqlayaraq 1-ci pillədə qərarlaşıb. Kompaninin komandası sabah Almaniya kubokunun 1/8 finalında Leverkuzen “Bayer”i ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button