
Noyer Keynlə Levandovskini müqayisə etdi
“Bayern”in qapıçısı Manuel Noyer hücumçu Harri Keyni Robert Levandovski ilə müqayisə edib.
Polşalı forvard 2022-ci ildə Münhen klubunu tərk edərək “Barselona”ya keçib. Bir il sonra isə “Bayern” Harri Keyni heyətinə qatıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper, Keynin də əvəzsiz olduğunu deyib:
“Hamı bilir ki, Levandovski “Bayern”də nə qədər güclü idi. Amma Harri də əvəzsizdir. Onun statistikasına baxın – inanılmaz dərəcədə faydalıdır”.
37 yaşlı Levandovski “Bayern”də 375 oyunda 344 qol vurub, Keyn isə 104 matçda 100 dəfə fərqlənib.
32 yaşlı ingiltərəli hücumçu Bundesliqada son turda “Verder”ə qarşı oyunda dubl edib (4:0).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



