Noyer Kasilyasın rekordunu təkrarlayıb
Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” ilə cavab oyunu “Bayern”in qapıçısı Manuel Noyer üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, almaniyalı qolkiper bu matçda qol buraxmayıb. 37 yaşlı oyunçu ÇL-də ümumilikdə 57 görüşdə qapısını toxunulmaz saxlayıb. Bununla da, Noyer “Real”ın sabiq qapıçısı İker Kasilyasın rekordunu təkrarlayıb.
“Bayern” iki görüşün cəmində (ilk oyun 0:1, cavab oyunu 3:0) “Latsio”nu üstələyib və 1/4 finala adlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin