Noyer Kasilyasın rekordunu təkrarlayıb

Çempionlar Liqasının 1/8 final mərhələsinin “Latsio” ilə cavab oyunu “Bayern”in qapıçısı Manuel Noyer üçün əlamətdar olub. 

Komanda.az xəbər verir ki, almaniyalı qolkiper bu matçda qol buraxmayıb. 37 yaşlı oyunçu ÇL-də ümumilikdə 57 görüşdə qapısını toxunulmaz saxlayıb. Bununla da, Noyer “Real”ın sabiq qapıçısı İker Kasilyasın rekordunu təkrarlayıb. 

“Bayern” iki görüşün cəmində (ilk oyun 0:1, cavab oyunu 3:0) “Latsio”nu üstələyib və 1/4 finala adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button