Noyer karyerası ilə bağlı qərar verib

“Bayern”in qapıçısı Manuel Noyer yaxın gələcəyi ilə bağlı qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə “Kicker” nəşri məlumat yayıb.

38 yaşlı qolkiper Münhen klubu ilə 2026-cı ilə qədər davam edəcək yeni müqavilə bağlamağa qərar verib. Tərəflər arasındakı hazırkı müqavilə 2025-ci ilin yayında başa çatacaq.

Noyer 2011-ci ildən Münhen komandasında çıxış edir. O, “Bayern”lə 11 dəfə Almaniya çempionu olub.

Almaniyalı qapıçı cari mövsümdə 19 matçda iştirak edib, 13 qol buraxıb, 12 oyunda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button