“Noyer indiyə qədər gördüyüm ən yaxşı qapıçıdır”

“Bayern”in müdafiəçisi Erik Dayer komanda yoldaşları haqqında danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu, Manuel Noyerin indiyə qədər gördüyü ən yaxşı qapıçı olduğunu bildirib:

“Coşua Kimmix ancaq işi ilə məşğul olur və işinə ciddi yanaşır. Eyni şeyi Tomas Müller haqda da demək olar. O, bütün “Bayern”i bir klub kimi tanıdır. Ayrıca, Manuel Noyeri tək qoya bilməz. Əlbəttə ki, onun keyfiyyətləri haqda bilirdim, buna görə təəccüblənmədim, amma gözlədiyimdən daha istəklidir. Noyer indiyə qədər gördüyüm ən yaxşı qapıçıdır”.

31 yaşlı futbolçu ötən ilin yanvarında “Tottenhem”dən “Bayern”ə keçib. Onun Münhen klubu ilə müqaviləsinin müddəti iyulda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button