Noyer ilin futbolçusu seçildi
Almaniyada 2020-ci ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Komanda.az xəbər verir ki, “Bavariya”nın qapıçısı Manuel Noyer ötən ilin ən yaxşısı elan olunub.
Bu barədə Almaniya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb. 34 yaşlı qolkiper 2020-ci ildə Münhen təmsilçisinin heyətində mümkün bütün mükfatları – Çempionlar Liqasını, UEFA Superkubokunu, Almaniya kubokunu, Bundesliqanı qazanıb.
Bundan əvvəl Noyer Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən ilin qapıçısı seçilmişdi. O, Çempionlar Liqasında da ən çox seyv edən qolkiper olub. Həmçinin futbolçu, milli komandanın azarkeşləri tərəfindən də ilin ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. O, 2009-cu ildən Almaniya millisinin üzvüdür.
Bizi Facebook-da izləyin