Noyer özünü Çempionlar Liqası oyununa çatdırmaq istəyir
“Bayern”in qapıçısı Manuel Noyer zədəsini sağaltmaq və Çempionlar Liqasının 1/4 final mərhələsinin “Arsenal”la ilk oyununa çıxmaq niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
38 yaşlı futbolçu martın sonunda Almaniya millisinin toplanışı zamanı zədələnmişdi.
“Arsenal” – “Bayern” matçı aprelin 9-da Londonda keçiriləcək. Komandalar aprelin17-də cavab qarşılaşmasında Münhendə üz-üzə gələcək.
Noyer bu mövsüm 24 oyun keçirib. Almaniyalı qolkiper bu matçlarda 28 qol buraxıb və 9-da qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin