Noyerdən Çempionlar Liqasındakı rəqibləri haqda açıqlama

“Bayern”in qapıçısı Manuel Noyer Çempionlar Liqasının liqa mərhələsinin püşkatmasının nəticələri barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper bunu deyib:

”Çelsi” həmişə güclüdür, komanda yenicə Klublararası dünya çempionatını qazanıb. PSJ-ni çoxsaylı görüşlərimizdən tanıyırıq, ən yaxşılarla oynamaq xoşdur.

“Brügge” asanlıqla təsnifat mərhələsini keçdi və baş məşqçimiz bizi bu görüşə yaxşı hazırlayacaq. “Arsenal” da çox güclüdür. Bizə yaxşı mövqe oyunu və topla cəsarət lazımdır.

Biz “Sportinq”lə tez-tez oynamamışıq. PSV isə həmişə heyətində alman futbolçuları olan Niderlandın çempionudur. İlk dəfə bu turnirdə iştirak edən “Union” və “Pafos”u qiymətləndirməmək olmaz”.

Münhen klubu “Çelsi”, PSJ, “Brügge”, “Arsenal”, “Sportinq”, PSV, “Union” və “Pafos”la qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button