“Noyer bizim “1 nömrə”mizdir və bu, növbəti mövsümdə də dəyişməyəcək”

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hansi Flik komandanın qapıçısı Manuel Noyerlə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir kiı, mütəxəssis, Münhen klubu ilə yeni müqavilə ilə bağlı razılığa gəlməyən qolkiper haqda bunları deyib:

“Noyer əvvəldən komandada cəsur və aqressiv oyun nümayiş etdirən futbolçulardandır, təbii ki, biz bunu müsbət qiymətləndiririk. O, dürüst və fikirlərini açıq ifadə edə bilən bir insandır. Noyer bizim “1 nömrə”mizdir və bu, növbəti mövsümdə də dəyişməyəcək. Meydanda mübarizə aparan futbolçuyla bağlı məşqçi qərar verir”.

Klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulan futbolçunun “Bavariya” ilə razılığa gələ bilmədiyi üçün yeni müqavilə ilə bağlı danışıqları dayandırdığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button