Noyer “Bayern”də daha bir mövsüm qala bilər

“Bayern”in rəhbərliyi qapıçı Manuel Noyerlə müqavilənin müddətini uzatmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

39 yaşlı qolkiper Münhen təmsilçisində daha bir mövsüm qala bilər. O, hələ yekun qərar verməyib və sağlamlıq vəziyyətini nəzərə alaraq, addım atacaq.

Noyer 2011-ci ildən bəri “Bayern”in şərəfini qoruyur. O, bu müddət ərzində bütün turnirlərdə 575 oyun keçirib və 469 qol buraxıb (cari mövsümdə 14 matçda 10 qol). Onun komandası hazırda Bundesliqada 28 xalla turnir cədvəlinə başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button