Noyer 2012-ci ildə baş verənləri yada saldı

“Bayern”in qapıçısı Manuel Noyer 2012-ci ildə baş verənləri xatırlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu indi inanılmaz motivasiyalarının olduğunu bildirib:

“2012-ci ildə biz kuboklarsız qaldıq və bu yaxınlarda yenidən bunu yaşamalı olduq. Ancaq sonra baş verənləri hamı xatırlayır. 2012/13 mövsümündə UEFA Çempionlar Liqası da daxil olmaqla, bütün kubokları qazandıq. İndi inanılmaz motivasiyamız var. Təbii ki, yenidən şəhərimizdə finalda oynamaq əla olardı. Birincisi, Zaqreb “Dinamo”su ilə ilk oyunda işimizi görməliyik”.

Münhen nəhəngi 12 ildən sonra 2023/24 mövsümünü də kuboksuz başa vurub. Həmçinin, 2012-ci ildə komanda UEFA Çempionlar Liqasının finalında “Çelsi”yə uduzmuşdu. 2025-ci ilin mayında Çempionlar Liqasının həlledici oyunu yenidən “Allyanz Arena”da keçiriləcək.

“Bayern” bu gün Çempionlar Liqasında doğma meydanda “Dinamo” (Zaqreb, Xorvatiya) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button