Əvvəlcə De Byazi, sonra Sançes
Noyabrın 14-də, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qətər beynəlxalq yoxlama oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı məlum olub.
Komanda.az xəbər verir ki, əvvəlcə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi noyabrın 13-də, saat 17:00-da media nümayəndələri ilə görüşəcək. Komandanın açıq məşqi isə saat 19:00-da olacaq.
Qətər yığmasının baş məşqçisi Feliks Sançesin mətbuat konfransı saat 17:30-da təşkil olunacaq. Komandanın açıq məşqi isə saat 18:00-da olacaq.
Hər iki konfrans və məşq Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin