Sloveniya – Azərbaycan matçının hakimləri açıqlandı

Noyabrın 11-də yoxlama oyunu çərçivəsində keçiriləcək Sloveniya – Azərbaycan matçının hakimləri məlum olub.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, Lyublyanada keçiriləcək görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Ferents Karako olacaq. Ona Peter Kobor və İstvan Albert kömək edəcək. Dördüncü hakim funksiyasını isə Sloveniyadan olan David Smayç yerinə yetirəcək.

Noyabrın 11-də keçiriləcək Sloveniya – Azərbaycan matçı saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button