
“Dinamo-Avto” qələbəyə sevindi, Nurlan Novruzov…
Futbol üzrə Moldova çempionatında 27-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb. “Dinamo-Avto” səfərdə “Milsami” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.
Nurlan bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Dinamo-Avto” 27 oyuna topladığı 38 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin