
Novruzovun komandası yenə uduzdu
Litva 1-ci liqasında 24-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Ekranas”la qarşılaşıb və 3:4 hesablı məğlubiyyətə üzülüb.
Nurlan da bu oyunun iştirakçısı olub. O, 64-cü dəqiqədə meydana buraxılıb.
“Yonava” bu mövsüm keçirdiyi 23 oyundan sonra 11 xalla sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin