Novruzovun komandası yenə uduzdu
Litva 1-ci liqasında 22-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Panevejis B” ilə qarşılaşıb və 1:4 hesablı məğlubiyyətə üzülüb.
Nurlan da bu oyunun iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.
“Yonava” 22 oyundan sonra 11 xalla sonuncu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin