Novruzovun komandası “Şerif”lə bacarmadı
Futbol üzrə Moldova çempionatında 24-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Şerif”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
Nurlan bu oyunun iştirakçısı olmayıb. Azərbaycanlı futbolçu sonadək ehtiyatda qalıb.
“Dinamo-Avto” 24 oyuna topladığı 31 xalla 8 komanda arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin