Nurlan Novruzovdan Moldovada ilk oyunda qol
Moldovanın “Dinamo-Avto” klubu mövsümün qalan hissəsinə hazırlıq çərçivəsində daha bir yoxlama oyunu keçirib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun yenicə müqavilə bağladığı sözügedən klub Moldovanın 1-ci liqa təmsilçisi “Tiqina” ilə qarşılaşıb.
Dörd qolun qeydə alındığı qarşılaşma Tiraspol təmsilçisinin inamlı qələbəsiylə yekunlaşıb – 3:1. Nurlan da bu oyunun iştirakçısı olub. Debüt edən azərbaycanlı futbolçu ilk matçındaca qol hesabını açıb. O, uzaq küncü dəqiq nişan almaqla, komandasının sonuncu qoluna imza atıb.
Moldova çempionatında fasiləyə avqustun 3-də yekun vurulacaq. “Dinamo-Avto” isə bir gün sonra səfərdə “Petrokub”la qarşılaşacaq. 26 yaşlı azərbaycanlı forvardın da həmin gün Moldovada rəsmi debüt etməsi gözlənilir.
Bizi Facebook-da izləyin