Novruzov oynadı, komandası səfərdən 1 xalla döndü
Futbol üzrə Estoniya çemponatında 13-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Tammeka” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.
Novruzov da bu oyunun iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.
Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 13 turdan sonra 10 xalla 8-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin