Novruzov Litva klubu ilə müqavilə bağladı
Azərbaycanlı futbolçu Nurlan Novruzovun yeni iş yeri müəyyənləşib.
Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu bundan sonra karyerasını Litvada davam etdirəcək.
O, “Yonava” klubu ilə müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Lakin müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Novruzov son olaraq Nepalın “Maçindra” klubunun formasını geyinib. Nepalın “Lalitpur”, Estoniyanın “Narva Trans”, Moldovanın “Dinamo-Avto”, Türkiyənin “Şanlıurfa” və “Dersim 62 Spor” klublarında da legioner həyatı yaşayıb, Azərbaycanda isə “Zirə”, “Sumqayıt”, “Səbail” klublarının uğurları üçün çalışıb.
“Yonava” Litva çempionatının yeni mövsümündə keçirdiyi 5 oyunun hamısında uduzub. Komanda 16 iştirakçı arasında sonuncudur.
Bizi Facebook-da izləyin