Novruzov 90 dəqiqə oynadı, komandası…

Futbol üzrə Moldova çempionatında 21-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Sfintul” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Nurlan da bu oyunun iştirakçısı olub. Azərbaycanlı futbolçu start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Dinamo-Avto” 21 oyuna topladığı 25 xalla 8 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button