Novruzov 8 qolluq oyunda meydandan qovuldu
Futbol üzrə Estoniya çemponatında 9-cu turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Levadiya” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 4:4.
Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 39-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 9 turdan sonra 3 xalla sonuncu pillədədi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin