“Növbəti mərhələyə çıxmaq tam haqqımız idi” – Tomas Doll

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan və növbəti mərhələyə yüksələn APOEL-in (Kipr) baş məşqçisi Tomas Doll dünən “Düdelanj”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra açıqlama verib.

Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis, komandasının növbəti mərhələni haqq etdiyini bildirib:

“Növbəti mərhələyə çıxmaq tam haqqımız idi. Əsas görüşlərdə xal qazana bildik: Bakını heç-heçə ilə tərk etdik, evdə isə “Qarabağ”a qalib gəldik. Qrup mərhələsinin əvvəlində gözlənilmədən “Düdelanj”a uduzmuşduq. Sonradan bunun təsadüf olduğunu sübut etdik”.

“Qarabağ”ın 5-ci turda səfərdə “Sevilya”ya 0:2 hesabı ilə uduzması, APOEL-in isə “Düdelanj”ı məğlub etməsi, kiprliləri pley-offa yüksəldib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button