“Onların oyun sistemi bizi təəccübləndirdi” – Slavçev

“Qarabağ”ın yarımmüdafiəçisi Simeon Slavçev UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiprin APOEL klubunu səfərdə 2:1 hesabıyla məğlub etdikləri matçdan sonra açıqlama verib.

Komanda.az Kipr mətbuatına istinadən xəbər verir ki, bolqar futbolçu, cavab matçının APOEL üçün çətin keçəcəyini bildirib:

“APOEL çox yaxşı komandadır. Onların oyun sistemi bizi təəccübləndirdi. Bakıdakı qarşılaşma isə fərqli keçəcək. Cavab matçı APOEL üçün daha çətin olacaq. Əlimizdən gələni edəcəyik. Düşünürəm ki, növbəti mərhələ üçün şanslar bərabərdir”.

Əvvəllər Kiprin digər klubu “Apollon”da çıxış etmiş 26 yaşlı futbolçu, sabiq komandası ilə bağlı bunları deyib:

“Burda azarkeş dəstəyi daha güclü olardı. Ümumiyyətlə, APOEL haqqında danışmaq istəmirəm. Çünki mən Kiprdə “Apollon”da çıxış etmişəm. Bu klubun daim qəlbimdə yeri olacaq. Burda gözəl günlər keçirmişəm. Hazırda “Apollon”da hər şey yaxşıdır. Onlar yeni baza inşa edirlər, yaxşı futbolçuları və məşqçiləri var. Məncə, “Apollon” çempionluq uğrunda mübarizə apara bilər. Kipr futbolu inkişafdadır. Komandalar güclənib, avrokuboklarda iştirak edirlər”.

Komandalar arasında Bakıda keçiriləcək cavab matçına avqustun 13-də, saat 20:30-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button