“Növbəti matça yüz faiz hazır olacam” – Musa Qurbanlı
İsveçin “Yurqorden” klubunun azərbaycanlı futbolçusu Musa Qurbanlı ölkə çempionatının 16-cı turunun “Elfsborq”la keçirilən oyunu barədə danışıb.
Komanda.az “aftonbladet.se” saytına istinadən xəbər verir ki, qarşılaşmanın 57-ci dəqiqəsində meydana daxil olan 21 yaşlı hücumçu daha güclü olacaqlarına inandığını dilə gətirib:
“Meydana girəndə azarkeşlərin dəstəyini gördüm, çox xoşbəxt oldum. Belə sevgi görəndə fanatlar üçün mübarizə aparmaq, əlimdən gələni etmək istəyirəm. Əlbəttə ki, nəticə hamımızı üzdü. Debüt matçında qələbə qazanmağı çox istəyirdim. Oyundan əvvəl ayağımda ağrı hiss etmişdim və bunu fizioterapevtə demişdim. Məncə, növbəti matça yüz faiz hazır olacam. Komanda olaraq daha güclü qayıdacağıq”.
Qurbanlı, “Yurqorden”ə yeni qoşulduğu zaman klubun U-19 komandası ilə məşqə qoşulması barədə fikirlərini bölüşüb:
“İlk həftədə özüm fərdi məşq keçmək istəyirdim. U-19 da həmin yerdə məşq edirdi. Məndən komanda ilə birgə məşq etməyi istəyib-istəmədiyimi soruşdular, razılaşdım. Ancaq bu, plana uyğun deyildi. Yəqin ki, yaxşı fikir olmadı. Bakıdan buraya uzun yol qət etmişdim. Bəlkə də, bir az səbirli davranmalı idim. Növbəti qarşılaşmalara daha yaxşı hazırlaşacağam”.
Musa “Yurqorden”i seçməsinin səbəbini belə izah edib:
“Yurqorden”in doğru seçim olduğunu hiss edirdim. Çünki oyun üslubuma uyğun komandadır. İnanıram ki, həm mənim, həm də komandam üçün daha yaxşı olacaq. Komandamın qələbələrinə kömək etməyə çalışacağam”. Yay fasiləsində “Qarabağ”dan “Yurqorden”ə keçən Musa Qurbanlı ilə 3 illik müqavilə imzalayıb.
Bizi Facebook-da izləyin