“Nefçi”nin kapitanı: “Başqa ölkədə dünyaya gəlsəydim, “Real”da oynayardım” – Müsahibə

5 sual, 5 cavab

Komanda.az saytında “5 sual, 5 cavab” rubrikası davam edir.

Rubrika çərçivəsində futbolçulara, məşqçilərə, futbol mütəxəssislərinə 5 sual ünvanlayırıq. Növbəti qonağımız “Neftçi”nin kapitanı və Azərbaycan milli komandasının üzvü Emin Mahmudovdur:

  • Emin, həyata yenidən gəlsəydiz, bu günə kimi yaşadığınız həyatı yaşamaq istərdizmi?
  • Bəli, bu həyatdan razıyam. Düzdür, uğursuzluqlar olub, ancaq ümumilikdə həyatımı dəyişmərəm.
  • Dünyanın taleyi sizin əlinizdə olsaydı, ilk nəyi dəyişərdiz?
  • Futbolda düzgün olmayan qərarlar var, onları dəyişərdim. “Spartak”dan “Tomsk”a keçəndə məşqçi mənə deyirdi ki, “səbrli ol və qal”, ancaq mən oynamaq istədim və “Tomsk”a getdim. Heç nəyi bilmək olmur. Bəlkə də, qalsaydım, indi futbolu bitirmişdim, yenə də şükür.
  • Aleks Ferqyusonun belə bir sözü var ki, “statistika mini yupka kimidir, hər şeyi göstərir, ancaq əsas olanı yox”. Öz karyeranıza baxdıqda, bu söz özünü doğruldurmu, yoxsa statistika sizin futbolçu karyeranızı tam əks etdirir?
  • Mən yupka ilə müqayisə etməzdim. Ancaq düz deyir, statistika çox vaxt yalan olur. Buna özüm də şahid olmuşam.
  • Heç olubmu ağlınızdan “başqa ölkədə dünyaya gəlsəydim…” fikri keçsin? Və sizcə, niyə azərbaycanlı futbolçular və məşqçilər xaricdə uğur qazana bilmir?
  • Başqa ölkədə dünyaya gəlsəydim, “Real”da oynayardım (gülür). Zarafat edirəm. İnanmıram başqa ölkədə futbol oynamaq burdan daha rahat olsun. Mənim qabiliyyətlərim rus futboluna çox da uyğun deyildi. Mənə fiziki yox, daha texnikalı çempionat uyğundur.
  • Sizcə, nə baş verməlidir ki, futbol üzrə Azərbaycan milli komandası DÇ və ya AÇ-nin final mərhələsinə vəsiqə qazansın?
  • Bütün dünyada futbol koronavirusa görə dayanmalıdır, ancaq bizdə, Belarusda və Tacikistanda davam etməlidir. Bu zaman biz DÇ-nin final mərhələsinə yox, finalına düşərik. Hələ ki, bundan başqa variant görmürəm (gülür).

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button