“Növbəti oyunlar üçün dərs çıxarmalı olduğumuz məqamlar var”
İsveçrə milli komandasının futbolçusu Qranit Caka AÇ-2024-ün seçmə mərhələsinin dördüncü turunun Rumıniya ilə oyununu (2:2) dəyərləndirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, oyunda 90 dəqiqə ərzində üstün olduqlarını deyib:
“Fikirlərimi ifadə etməkdə çətinlik çəkirəm. 90 dəqiqə ərzində üstün tərəf biz idik. 3-cü, 4-cü, 5-ci qolu vurmaq şansımız var idi. Növbəti oyunlar üçün dərs çıxarmalı olduğumuz məqamlar var. Oyun üslubumuzu dəyişməyə ehtiyac yoxdur, sadəcə qol vurmaq lazımdır, bu qədər. Hər şeyə rəğmən, yaxşı oyun keçirdik”.
Qarşılaşmanın 89-cu dəqiqəsinə qədər 2:0 hesabı ilə öndə olan İsveçrə üstünlüyü qoruya bilməyib və görüş məhsuldar heç-heçə ilə yekunlaşıb – 2:2.
İsveçrə millisi hazırda I qrupunda 10 xalla birinci, Rumıniya isə 8 xalla ikincidir.
Bizi Facebook-da izləyin