“Qalatasaray”ın futbolçusu böyükhesablı məğlubiyyətdən danışdı

“Qalatasaray”ın yarımmüdafiəçisi İlkay Gündoğan UEFA Çempionlar Liqasının “Ayntraxt”la səfər matçı (1:5) ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, böyükhesablı məğlubiyyətə baxmayaraq, komandasına inandığını söyləyib:

“Rəqibin ilk qolu bu oyunda dönüş nöqtəsi oldu. Bundan sonra meydanda bizim üçün çox şey əldə etmədik. Növbəti matçda daha yaxşı oynamalıyıq. Həmrəy olub bir-birimizə dəstək olmalıyıq. Komandamıza inanıram”.

Türkiyə klubu Çempionlar Liqasında növbəti oyununu evdə “Liverpul”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button