“Növbəti baş məşqçinin adı məni maraqlandırmır” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Brayton”un çaılşdırıcısı Roberto De Zerbinin komandaya rəhbərlik edəcəyi ilə bağlı xəbərlər haqda danışıb.

Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, ispan mütəxəssis fikrini işinə yönəltdiyini bildirib:

“Növbəti baş məşqçinin adı məni maraqlandırmır. Rəhbərlik fikrimi soruşsa, bu halda mən deyəcəm. Mən fikrimi öz işimə yönəltmişəm. Ancaq bu məsələlər mənim işim deyil”.

Qvardiolanın “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2016-cı ildən komandaya rəhbərlik edir.

De Zerbi 2022-ci ildən “Brayton”u çalışdırır. O, bundan əvvəl, 2021/22 mövsümündə “Şaxtyor”a rəhbərlik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button