Yamal: “Qızıl top” futbolçu karyerasının zirvəsidir”
“Barselona”nın vingeri Lamin Yamal “qızıl oğlan” (“golden boy”) mükafatını aldıqdan sonra hədəfindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Növbəti məqsədim? “Barselona” ilə qalib gəlsəm və Çempionlar Liqasını qazansam, o zaman “qızıl top”u qazanmaq şansım daha çox olacaq. Bu, futbolçu karyerasının zirvəsidir. Komanda ilə uğur qazana bilməyən heç bir oyunçu bu mükafatı almayıb”.
17 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. O, bu mövsüm La Liqada 16 matçda 5 qol vurub və 9 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin