“Növbəti kubok barədə düşünmək olar” – Arteta
“Arsenal”ın baş məşqçisi Mikel Arteta 2023/24 mövsümü ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, İngiltərə çempionatının 1-ci turunun matçının çətin və fərqli keçəcəyini deyib:
“İngiltərə superkubokunu qazanmağımızın bizi nə qədər çox motivasiya edəcəyini deyə bilmirəm. Sadəcə həmin kuboku mümkün qədər tez əldə etmək istəyirdim. Növbəti kubok barədə düşünmək olar. Bu gün qızıl medala sahib olursansa, sabahdan məşqlərə yenidən davam etməlisən.
“Nottingem Forest”lə oyuna (Premyer Liqa, 1-ci tur) düzgün hazırlaşmalıyıq. Fərqli və çətin oyun bizi gözləyir. Biz daha yaxşı oynamaq və qazanmaq istəyirik. Bunu etməliyik”.
“Topçular” əsas vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmada “Mançester Siti”ni penaltilər seriyasında məğlub edib (1:4) və ölkə superkubokuna yiyələnib.
Bizi Facebook-da izləyin