
“Növbəti görüşlərdə də qələbələr qazanmağa çalışacağıq”
“Abşeron”un üzvü Xədicə Seyidli qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının 12-ci turunda UNEC-lə matçdan sonra federasiyanın mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, o, qarşılaşmanın çətin keçdiyini bildirib:
“UNEC-lə qarşılaşmada baş məşqçimiz Famil Ağayev mənə şans verdi. Bu mənim üçün sevindirici hal idi. Özümü yaxşı tərəfdən göstərə bilməyim üçün əlimdən gələni edirəm. Bugünkü qazanılan qələbəyə görə sevincliyəm. Komanda yoldaşlarımı təbrik edirəm. Qarşıdakı görüşlərdə də qələbələr qazanmağa çalışacağıq”.
“Abşeron” – UNEC qarşılaşması birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin