
“Növbəti fəsildə uğurlar, qardaş!”
“Yuventus”un hücumçusu Arkadiuş Milik qapıçı Voyçex Şesnının klubdan ayrılmasına münasibət bildirib.
Komanda.az xəbər verir ki, polşalı futbolçu sosial şəbəkə hesabında həmyerlisinə müraciət edib:
“Nə əfsanədir! Birlikdə çoxlu xatirələr və inanılmaz anlar! Növbəti fəsildə uğurlar, qardaş!”
Dünən Turin klubu 34 yaşlı qapıçı ilə əməkdaşlığı bitirdiyini rəsmən elan edib, müqaviləyə tərəflərin qarşılıqlı razılığı ilə xitam verilib.
Şesnı 7 ilini “Yuventus”da keçirib, meydana çıxdığı 252 oyunda 233 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin