Baş məşqçiylə yeni müqavilə bağladı – Sonuncu yerdə olan klub

İngiltərənin “Nottingem Forest” klubu baş məşqçi Stiven Kuperlə yeni müqavilə imzaladığını açıqlayıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

42 yaşlı mütəxəssislə müqavilə 2025-ci ilə kimi nəzərdə tutulub. Kuper ötən ilin sentyabrında “qırmızı-qaralar”ın “sükanı arxasına” keçib və o vaxtdan bəri 54 matçdan 29-da qalib gəlib. Onun rəhbərliyi altında komanda 1998-ci ildən bəri ilk dəfə Çempionşipin pley-offunun finalında “Haddersfild”i 1:0 hesabı ilə məğlub edərək, İngiltərə Premyer Liqasına qayıdıb.

“Nottingem Forest” Premyer Liqada 8 turdan sonra 4 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button