“Biz yenidən orada olmaq, kubok uğrunda mübarizə aparmaq istəyirik”

“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komandasının İngiltərə kubokunun yarımfinalına qədər irəliləyişi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu final oyununun keçiriləcəyi arenada olmağın həmişə xoş olduğunu bildirib:

“Uembli” xüsusi bir yerdir, orada olmaq həmişə xoşdur. Son iki ildə “Mançester Yunayted”ə qarşı iki finalda oynadıq, bir dəfə qalib gəldik, amma keçən mövsüm məğlub olduq. Biz yenidən orada olmaq, kubok uğrunda mübarizə aparmaq istəyirik. Yarımfinalda “Nottingem Forest”lə oyunumuz asan olmayacaq”.

“Mançester Siti”nin “Nottingem Forest”lə keçirəcəyi ölkə kubokunun yarımfinal matçı aprelin 26-na təyin edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button